пятница, декабря 18, 2009
"Ardıcıllığın gücü" Dr. Karl Stivens
18 DEKABR
“ARDICILLIĞIN GÜCÜ”
Zəbur 16:8 – “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram”.
Əqidələr ardıcıllıqla yanaşı gəlir. Dəyanətli olmaq bu o deməkdir ki, biz dönmədən və şübhə etmədən irəli getmək qərarını vermişik. Yəni, düz işi görmək üçün tərəddüd yoxdur, qətiyyət var.
Mən dəyanətli insanlara görə Tanrıya minnətdaram. Bitirilmiş İşdə bir ordu olaraq dəyanətli qalan insanları görmək pastor üçün xüsusi xeyir-duadır. Dəyanətli insanlar öz həyatlarında iblisə hoqqabazlıq üçün yer vermirlər.
Əqidələr bizi eləcə də sarsılmaz edir (Zəbur 16:8). “Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram”. Nə maliyyə, nə səhhətimlə bağlı məsələlər, nə də ailə problemləri məni yoldan çıxara bilməz, çünki mən Rəbbə baxıram.
Öz əqidəsi və Rəbbə döndüyünə görə sarsılmaz duran, ətrafda baş verənlərə əhəmiyyət vermədən Tanrı ilə razılaşmaqda təvazökar olan bir insanı təsəvvürünüzə gətirin.
Dəyanətli və sarsılmaz olanların həyatı həmişə Rəbbin işi ilə doludur. Əgər mən Tanrının işi ilə bol şəkildə əhatə olunmuşamsa, onda mənim diqqətim tam olaraq İsa Məsihdədir. Mənim diqqətim isə Məsihdə olanda, mən iman istirahətinə girirəm.
İmanla Tanrının Məhəbbətində istirahət etmək – ruhani yetkinliyimizin ən böyük təzahürüdür.