воскресенье, декабря 06, 2009
Pastorun Sözü, 6 dekabr - səhər
Havada artıq bayram abı-havası var! Bu lütfdür ki, biz daha bir Miladı yer üzündə qeyd edəcəyik – “ola bilsin”! Sona doğru yaxınlaşdıqca dünya da dəyişilir. Biz Tanrıya bənzəməyə çalışırıq dünya isə əksinə – Tanrıdan uzaqlaşmağa.
Yaqub 4:8a – Tanrıya yaxınlaşın, O da sizə yaxınlaşacaq...
Ayrılmayın, uzaqlaşmayın! Bu axır vaxtlarda dünya “ayrılmaq lazımdır” deyir. Ayrılmaq – Tanrıdan, kilsədən, dostlardan... Tanrı isə “yaxın gəl” deyir. İsa Məsih gəlib ki, bizi yığsın, bizi bir etsin. Bu elə bir vaxtlardır ki, biz kilsəyə gəlmək əvəzinə evdə qalıb televizora baxmamalıyıq! Maraqlıdır ki, bu son vaxtlarda adamlar filmlərdən, “seriallardan” daha çox bilir nəinki Müqəddəs Ruhun idarə etməsindən. Serial istəyirsənsə Bibliya oxu!
İnsanlar onları Sevəndən ayrılırlar. Tanrı isə sevməkdə davam edir.
Yəhya 3:16a – Çünki Tanrı dünyanı (dünyada yaşayan insanları) elə sevdi ki, vahid Oğlunu verdi...
Ayrılıq fərqli səbəblərə görə baş verir, məsələn, cahillik, üsyan, biganəlik, laqeydlik və s. sadalamaq olar. Rəbb gəlib ki, itmişləri tapsın, son zamanlar isə tapılmışlar itməyə başlayıb. İtməyin!
Matta 11:28 – Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
Tanrı bizi tapıb ki, biz Onunla olaq.
Lukanın nəql etdiyi müjdənin 15-ci fəslində pulunu itirmiş bir xanımdan bəhs edilir. Bu qadın itirdiyini səylə axtarmağa başladı, bütün otağı süpürdü ki, təki “qəpiyini” tapsın. “Qəpik” otaqdadır, amma itib. İnsan da bu qəpiyə oxşar ola bilər, sanki kilsədədir, amma itib. İnsanlar ruhani mənada itəndə, onların vaxtı da, düzgün düşüncələri də, həyatlarının mənası da, ruhani həyatları da boşa çıxır. İtmiş insan öz düşüncəsində də çaşıb qalır.
Müstəqillik ruhu son zamanlarda ən təhlükəli ruhlardan biri olub. Bu ruh istəyir ki, insan müstəqil, Tanrıdan ayrı olsun.
Rəbb deyir ki, O bizə Məsihin əqlini verib. Bizim üçün düzgün etiraf çox vacibdir. Luka 15-də "itmiş oğul məsəlində" balaca oğul atasına dedi: “Ata, payıma düşəni ver gedim (ayrılım səndən)”. Bu üsyandır. İnsanlar isə deyir: “Yox, o sadəcə müstəqil olmaq istəyir”. Nə yaxşı ki, uzaq ölkədə ikən ona “çatır”, o səhvini başa düşür və deyir ki, durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: “Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et”.
Tanrı hər vəziyyətdə sizinlədir. Bütün vəziyyətlərdə Onun bizə bir sözü var: “Gəl yanıma, yaxın gəl, itmə”. Sənin dəyər sistemin, nəzərin nədir? Tanrı deyir: “Mən sənin zəif olduğunu bilirəm. Məndə sənin üçün güc var! Mənəm yol, həqiqət və həyat. Həyat və dirilmə Mənəm! Mənimlə danış, Mənimlə düşün, sən tək deyilsən, Məndən ayrılma! Sənin üçün məqsədim var, səni düşünürəm. Xilaskarından, Bibliyandan, duadan, kilsəndən ayrılma!"
Dünyanın müəyyən davranış tərzi var ki, bizə yapışmaq istəyir. Bundan yaxa qurtarmaq üçün biz Rəbbə yaxınlaşmalıyıq. “Aç kitabını oxu və Mən sənə verəcəyəm. Mənə yaxın olsan Mən sənə xidmət edə biləcəyəm və sənin bu həyatı yaşamaq üçün düzgün qabiliyyətin olacaq” – deyir Rəbb.
Bizim hər birimizin böyük dəyəri var, həmin dəyər Tanrıdadır. Sadəcə yaxınlaş! Amin.