среда, декабря 23, 2009

"Qoy Rəbb sizə təsəlli versin" Dr. Karl Stivens


23 DEKABR

“QOY RƏBB SİZƏ TƏSƏLLİ VERSİN”

Romalılara 1:20-21 – “Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. 21) Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü”.


Hər bir insanın Müqəddəs Ruhdan təskinlik almaq üçün potensialı var. Tanrı onun “xarabalıqlarına” təsəlli vermək, səhralarını Edenə döndərmək istəyir. Quraqlı çöllər Rəbbin bağlarına çevrilə bilər, həmin insan orada Tanrının sevinci və şadlığını tapar.

İnsanlar Satınalan Tanrını tanımaya bilər, lakin xilqət vasitəsilə Onun xasiyyətinin əlamətlərini görmək onlar üçün mümkündür. Əgər Tanrı Özünü göstərdikdən sonra da Onu Xaliq-Tanrı kimi qəbul etməkdən imtina edərlərsə, onda onlar boş düşüncələrə uyacaq və onların axmaq ürəklərini qaranlıq bürüyəcək. Öz seçimlərinə görə bu adamlar qaranlıqda qalır və Tanrının xilas ənamını və təsəllini qəbul etməkdən inkar edir.

Tanrıya bizə təsəlli vermək üçün yer verəndə, biz heç ağlımıza belə gəlməyəni tapırıq – həqiqi ilahi sevinci və şükran ilə dolu şadlığı. Tanrının dəvətinə hay verən hər kəsdə xüsusi və nadir bir şey var. Belə qəlblərdə Müqəddəs Ruh Rəbbə olan dərin minnətdarlığı və sitayişi doğurur.