Siz Müjdə Səhifəsinə Xoş Gəlmişsiniz!
DÜNYA od-alov içindədir, təbiətin çirklənməsi, epidemiyalar, məhəlli müharibələr baş alıb gedir. İnsan çaş-baş qalıb. Bir tərəfdən yerli, digər tərəfdən isə dünya problemləri insana başını yuxarı qaldırıb “haradan gəlib haraya gedirəm?” sualını verməyə imkan vermir.
BİBLİYA deyir ki, insan günaha batıb. İlk insan, Adəm Tanrının hüzurundan gedən andan bütün bəşəriyyət günaha batıb (Musanın birinci kitabı). Hər bir insan günah edib (İncil). Günahın üzündən insan fiziki ölümlə üzləşdi. Insan bir dəfə ölür, sonra da Tanrı qarşısıda mühakimə olunur (İncil, İbranilərə məktub 9:27). Bütün yuxarıda adları çəkilən bəlalar günahın üzündən olur. Allah mütləq müqəddəsdir, insan günahlı. Hər kəs günahlı olduğundan Allahın yanına gələ bilməz. Bu çox ciddidir. Lakin Allah bizi sevdiyindən Onun yeganə Oğlu, İsa müqəddəs qanını axıtdı ki, bizi xilas etsin (Yəhya 3:16). Isa bununla kifayətlənməyib, O, ölülərdən dirilib, fiziki ölümə qalib gəlib.
Yəni ölüm, bir insan, Adəmlə gəlib, amma, İsa tərəfindən isə məğlub edilib. Adəmdə ölürüksə, İsada dirilirik (1 Korinflilərə 15:21-22).
TANRI istəyir ki, biz Onun axıtdığı müqəddəs qanı qəbul edək və bununla da adlarımız “Əbədi həyat” kitabında yazılsın.
Isa diridir. O, Xilaskardır. O istəyir ki, siz Onu öz həyatınıza çağırasınız və O, sizi günahdan təmizləyib xilas etsin. Isa sizi çox sevir! O, sizin ürəyinizin qapısını döyür ki, Onu içəri buraxasınız. Sual olunur ki, bunu necə etmək olar? Əgər Siz əbədi həyata malik olmaq, sülh və rahatlıq tapmaq, əsl həqiqəti bilmək, Allahın hüzurunda və Onunla ünsiyyətə nail olmaq istəyirsinizsə, sadəcə bu duanı deyin:
“Rəbb, bütün günahlarımı Sənin qarşında etiraf edirəm, bilirəm ki, Sənə ehtiyacım var və Sənin verdiyin yeganə kamil qurbanı, İsanın qanını qəbul edirəm. Inanıram ki, bu qan mənim üçün axıdılıb və bütün günahlarımı yuyub. Xahiş edirəm, gəl mənim həyatıma və mənə yeni başlanğıc ver. Mən əbədi həyatda Səninlə olmaq istəyirəm”. Bu duanı söylədikdən sonra deyin “Amin”.