среда, декабря 16, 2009
Pastorun Sözü, 16 dekabr
Matta 4:18-20 – İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: "Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız". Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.
Hər il biz Miladı daha çox qiymətləndirməyə başlayırıq, çünki nə baş verdiyini başa düşürük.
Romalılara 8:23 – Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
Romalılara 8:19 – Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
Romalılara 3:23 – İnsanlar itmişdi.
Budur, İsa gəlir və iki qardaşı, Peter və Andreyi, sonra isə digər şagirdlərini tapır. İsa onları çağırır: "Ardımca gəlin". Bu, Andrey və Peterin planında deyildi, onlar səhər durarkən kiminsə ardınca gedəcəklərini düşünmürdülər.
Matta 4:21-22 – İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdi. İsa onları çağırdı. Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdi.
Biz də bu gün İsanın ardınca getməyə çağırıldıq ki, insan tutan balıqçılar olaq. Buna görə Milad vacibdir. Onlar “dərhal” Onun ardınca getdi. Bəs biz niyə görə gedək?
Zəbur 39:5; 51:5 – İnsan təbiəti tam günahlıdır. O sanki qaranlıq sudadır, özünü xilas edə bilmir.
Yeşaya 64:6a – Hamımız elə bil ki murdarlandıq, bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Bəs insanlar necə biləcək, necə eşidəcək? Kimsə getməlidir! İsa gəlib ki, bizi tapsın və göndərsin. Müjdəçilik bizim üçün vacibdir, bu bizim həyat tərzimizdir. Çünki insan itib və bu vəziyyətdə o yalnız bir qərar çıxarmalıdır, bu qərar da – xilası qəbul etməkdir.
Yəhya 3:3-8; Efeslilərə 2:8 – İnsan itib və qərar çıxarmayana qədər o, xilas ola bilməz. Xilas isə imanla hədiyyə olunur.
1 Peter 1:23 – fani olmayan toxumdan doğulmaq vacibdir.
Titə 3:5 – yenidən doğulmaq, göylərdən doğulmaq vacibdir.
Yəhya 1:12-13 – Xilas olmuş insan Tanrının övladı olur.
Kolosselilərə 1:13 – Bu adam Tanrının ailəsində gizlədilmiş olur.
Biz “itmiş” deyəndə “qəlbi” nəzərdə tuturuq. Qəlb Tanrının olmalıdır, qəlb səmalarda olmalıdır ki, öz məqsədinə çatsın.
Yeşaya 43:7 – Tanrı niyə görə insan qəlbini yaradıb? Məqsəd – Tanrını izzətləndirməkdir. Qəlb çox dəyərlidir və Tanrı istəyir ki, bu qəlbdə Müqəddəs Ruhun bəhrələri olsun.
Luka 19:10 – Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir. Tanrı qəlblərdə maraqlıdır.
Luka 15 – burada itmiş şeylər haqqında danışılır: Pul, Quzu və iki oğul. Quzu – o, yolunu azaraq itmişdi. Səbəb – cahillik, bilməməzlik. Pul – evdə itmişdi, pul evdədir, amma onu istifadə etmək mümkün deyil, çünki itib. Fərsiz oğul – o, ancaq özünü düşünürdü, ürəyində üsyan vardı. Bu oğul Atanın ürəyini tanımırdı. Bizim üçün Atanın ürəyini tanımaq olduqca vacibdir. Böyük oğul da itib – öz paxıllığında, özüsalehliyində.
Buna görə balıqçılıq çox vacibdir! Rəbb deyir: “Ardımca gəl”. Müjdəçilikdə biz Qolqota məhəbbətindən danışırıq ki, insanlar tapılsın. Tanrı isə istəyir ki, hamı xilas olsun. İnsanların cəhənnəmə getməsi dəhşətli mənzərədir.
Daniel 12:3 - Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.
Qəlblərin qeydinə qalanları böyük mükafat gözləyir. Buna görə İsa gəlib və həyatımızda Milad baş verib. Luka 15-də bütün itmişlər tapılır. Ümid edirik ki, böyük oğul da sonra tapılır və hamının sevincinə qoşulur. Hər tapılmada sevinc var, bu böyük sevincdir! Biz də sevinirik, xilas – sevincimizin səbəbidir.
Matta 16:26 – Bir qəlb bütün dünyadan da qiymətlidir.
Kilsələr Müjdəçilik etməyəndə sevinclərini itirirlər. Bizim həyatımızda Müjdəçilik zəruridir. Biz Tanrının Müjdəçilik çağırışına inanır və həmin çağırışa tabe oluruq. Tanrı bizə xüsusi ürək verir – bu, itmişlər üçün olan ürəkdir.
Məzmur 126:5 – Göz yaşları ilə əkənlər sevinc harayı çəkərək biçəcək.
Çox sağ olsunlar Müjdəçilik edənlər! Qoymayın qəlblər üçün nəzəriniz dumanlansın. Bu, yuxarıdan gələn nəzərdir, bu, çağırışdır ki, biz gedək hər yerə – şəhərimizə, ölkəmizə, bütün dünyaya.
Matta 13 – dünya bizim çölümüzdür və bu dünya üçün yalnız bir həqiqi məhəbbət var, Tanrının məhəbbəti.
Müjdəçilik gözəldir, çünki Tanrı ordadır! Gedin dua, şəfqət, məhəbbətlə! Haraya gedək? Balıqçılar gedəndə bir-birindən soruşur bu sualı. Balıq harada var? Biz də harada insanlar varsa ora gedirik. Rəbb deyir: “Siz bacaracaqsınız, Mən sizinləyəm, ağzınızı açacaqsınız və Müqəddəs Ruh danışacaq”.
2 Korinflilərə 6:2b - budur, indi münasib vaxt, budur, indi xilas günü. Biz tək Şənbə gününü gözləməməliyik – çünki deyilir: “Hər gün”. Müjdəçilik günü – xilas günüdür və xilas günü – Müjdəçilik günüdür. Qoy Müjdəçilik daim planımızda olsun. Dua edin imkanlar üçün.
Yeşaya 55:11 – Tanrıdan gözəl vəd almışıq. Tanrı dəvət edib və O bu dəvətin arxasında durub.
Çağırışı biz üç istiqamətdən alırıq: göylərdən; dünyadan və cəhənnəmdən. Bəli, cəhənnəmdə olanlar yalvarır ki, biz gedək və itmişlərə danışaq.
Məsəllər 11:30 Müdrik insan qəlbləri cəlb edir. Biz qəlbləri cəlb etməyə dəvət edilmişik.
Matta 28:7 - Gedin deyin!