воскресенье, декабря 13, 2009
"Tanrı bizdə istirahət edir" Dr. Karl Stivens
13 DEKABR
“TANRI BİZDƏ İSTİRAHƏT EDİR”
Sefanya 3:17 – “Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O, sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!”.
Tanrı istirahətdən həzz alır. Biz, xristianlar tez-tez öhdəliklərin çoxluğundan tam təlaşa düşürük və ola bilsin ki, onların yerinə yetirilməsi doğrudan da vacibdir. Lakin biz Bitirilmiş İşdən kənarda yaşamağa çalışanda, müşahidə məntəqəsində oturmaqdansa özümüzü yuxarı çəkəndə, yükümüzü yüngülləşdirmək üçün Tanrının vermək istədiyi təminatı asanlıqla əldən buraxa bilərik.
Tanrı hər bir imanlının daxilində yaşayır və tam istirahət vəziyyətindədir. İsa Məsih Satınalma işini Qolqotada bitirdi və bu gün Onun izzəti bütün dünyaya bizim vasitəmizlə açılır. Bizim xəta və zəifliklərimiz Rəbbi narahat etmir. O, həyatımızdakı tufanlara “Sus, sakit ol!” əmrini verir (Mark 4:39). O öz məhəbbətində istirahət edir.
Ruh bizi tez-tez dərələrə aparır, amma məhz orada O bizə istirahət verəcək. Göylər bizim həmin dərələrdə tapdığımız qüvvətə şadlanır. Dərələrdə biz şirəli meyvələr tapacağıq (Nəğmələr Nəğməsi 6:11). Lukanın nəql etdiyi müjdə 3:5-6-də, biz oxuyuruq ki, öz vaxtında “Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Bütün bəşər Allahın qurtuluşunu görəcək.” Bu izzətdən böyük izzət yoxdur.
Tanrı Öz rahatlığı üçün içimizdə yer tapıb. Yer üzündə hakimiyyət sürən cəhənnəm, rüşvətxorluq, günah, qanunsuzluq və əxlaqsızlıq arasında Tanrı istirahət etmək və bizimlə ünsiyyət zamanı Öz mərhəmətini göstərmək üçün yer tapıb (Filipililərə 2:15).