среда, декабря 30, 2009

"Tanrıdan gələn ... böyük fikirlər" Dr. Karl Stivens


30 DEKABR

“TANRIDAN GƏLƏN ... BÖYÜK FİKİRLƏR”

Koloselilərə 1:27 – “Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir”.

Sözsüz ki, çoxlarınız R.C. LeTurnonun “müvəffəqiyyətli sənaye işçisi” haqqında hekayəni eşitmişsiniz. O az qala avtomobil qəzasında öləcəkdi, bu da onu həyatının məqsədi haqda ciddi düşünməyə vadar etdi. Nəticədə, bu onu Məsihə gətirdi. O, Məsihi öz Xilaskarı kimi qəbul etdi. O, xüsusi tikinti maşınları istehsal edən bir şirkətin əsasını qoydu. İkinci dünya müharibəsi dövründə torpaq işləri üçün istifadə olunan avadanlığın yetmiş faizi onun şirkəti istehsal olunmuşdu.

Şirkət gəlir gətirməyə başladığı zaman, cənab LeTurno gəlirinin 10 faizini kilsəyə ianə verməyə başladı. Bir az sonra Tanrı onu 20 faiz, sonra 30, daha sonra 40 faiz verməyə həvəsləndirdi. Nəhayət, müəssisə sahibi gəlirinin 90 faizini verib, yerdə qalan 10 faizlə özünü dolandırırdı. Onun verdiyi ianələr Afrika və Cənubi Amerikada yeni missiyaların başlanmasına sərf olundu. O deyirdi ki, ona qalan 10 faiz artıqlaması ilə bəs idi. Onun hələ də milyonlarla dolları var idi.

R.C. LeTurno çoxlu xeyir işlər gördü, onun şərəfinə bir şəhərcik və kollec LeTurno adını daşıdı. Lakin ən böyük şərəfi o, Tanrı qarşısında üzbəüz duranda alacaq.

Duada Tanrıdan yeni fikirləri almaq üçün səy göstərin. Fikirləriniz böyük olsun. Böyük şeylər üçün dua edin. Təvazökarlıqda, comərdliklə hərəkət edin. Hər bir sahədə Tanrının rəhbərliyinə güvənərək, İsa Məsih tərəfindən verilən güc vasitəsilə Onun üçün daha böyük işlər görün.

Tanrı yer verəndə, möhtəşəm şeylər baş verir.