понедельник, декабря 21, 2009

"Hər şeyə görə şükür edin" Dr. Karl Stivens


21 DEKABR

“HƏR ŞEYƏ GÖRƏ ŞÜKÜR EDİN”

Efeslərə 5:20 – “Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin”.


Əgər Məsihin həyatı emosiyalarımdan izzət və şükranla axıb çıxırsa, onda bu, həyatımdakı bütün problemlərin qeydinə qalacaq. Günahdan qoruyan ən effektiv əlac budur. Bu həmçinin, ətrafımdakı insanlar üçün valehedici xidmətə dönür.

Əgər mən hər şeyə görə şükür edirəmsə, onda özüm üçün yaşamıram. Mən əbədiyyət boyu hökmranlıq edəcək xristian kimi böyüdükcə Müqəddəs Ruha icazə verirəm ki, O məndə yaşayan Məsihi izzətləndirsin. Məndən yalnız tələb olunur ki, Tanrının təminatını qəbul edim.

Mənim içimdə bulaq axır. Onun mənbəyi – ürəyimdə qoruyub saxladığım Tanrının Kəlamıdır. Müqəddəs Ruh Məsihi məndə və mənim vasitəmlə izzətləndirir.

Əgər susadınsa, sadəcə gəl və Müqəddəs Ruha icazə ver ki, susuzluğunu ödəsin.
Tanrı getdiyin səhranı Edemə çevirəcək, qəlbinin quraqlı çöllüklərini Rəbbin gülüstanına döndərəcək. Səndə əsl şənlik və sevinc olacaq, daxilindən şükran nəğməsi bulaq vuracaq – o bulaq ki, mövcudluğu barəsində heç vaxt və heç nə bilməmişdin. Bu bulaq Rəbbin izzəti üçün vuracaq və nəticədə, qarşına çıxan hər kəsə xeyir-dua verən çay axacaq.