воскресенье, декабря 20, 2009

"Həqiqi tövbə" Dr. Karl Stivens


20 DEKABR

“HƏQİQİ TÖVBƏ”

Yeremiya 31:18-19 – “Bəli, Mən Efrayimin nalələrini eşitdim: “Sən məni öyrədilməmiş dana kimi tərbiyələndirdin, mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, çünki Allahım Rəbb Sənsən.19) Mən yolumdan azdıqdan sonra tövbə etdim, ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda etdiyim eyib işlərdən utandım, rüsvay oldum”.


Bu gün, imanlılar arasında həqiqi tövbəyə çox nadir hallarda rast gəlinir. Bəli, tövbə lütf ənamıdır, lakin xilas ənamı kimi o da bizi hərəkətə çağırır. Efrayim nalə çəkdi: “Məni geri qaytar, qayıdım”. Qayıtdıqdan sonra, o, tövbə etdi və indi, nəsihətə hazır idi.

Ezra tövbə haqqında belə deyirdi: “Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərim başımdan aşıb, günahlarım böyüyərək göylərə çatıb”. O deyirdi: “Hətta sənə baxmağa belə cürət etmirəm”.
“Tövbə” – Tanrının Müqəddəs Ruh və Müjdə vasitəsilə artıq görmüş olduğu işi “geri təpmə” (odlu silahlarda bir proses) ilə üzə çıxarmaq deməkdir. Bu, günahdan üz çevirib canlı Tanrıya doğru dönmək deməkdir.

Bir ailə bizə yazdığı gözəl məktubda, yaşadıqları əraziyə müjdə yayanları göndərdiyimiz üçün öz minnətdarlığını bildirirdi. “Bizim ailədə beş nəfər var və kilsənizdən gəlib evimizə baş çəkənlərin bizim üçün nə demək olduğunu sadəcə söz ilə çatdıra bilmirik”.

Daha sonra məktubu yazan qadın davam edirdi: “Biz dalaşırdıq. İçirdik. Bir-birimizin üstünə qışqırırdıq. Uşaqlarımız çox nadinc idi. Lakin, budur, hamımız bir nəfər kimi sizin kilsəyə yol tutduq və hamımız bir nəfər kimi xilas olduq. Son beş ay ərzində ailəmiz ən xoşbəxt ailəyə dönüb”.

Məhz bu həqiqi tövbədir.