пятница, декабря 11, 2009

"Rəbbin Fidanı" Dr. Karl Stivens


11 DEKABR

“RƏBBİN FİDANI”

Nəğmələr Nəğməsi 4:12-14 – “Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, örtülü bir bulaq, möhürlənmiş bulaqsan. Sənin fidanların nar bağçasına oxşayır, elə bil cənnətdir, orada seçmə meyvələr, xına və nard çiçəkləri var. Nard çiçəyi və zəfəran, ətirli qamışla darçınlar, hər cür buxur ağacı, mirralar və əzvaylar, hər cür seçmə ətriyyat var”.


Fırtına gələndə, çox vacibdir ki, biz harada və kim olduğumuzu bilək. Süleymanın Nəğmələr Nəğməsi bizi qapısı bağlı bağçaya, örtülü və möhürlənmiş bir bulağa bənzədir. Belə yerdə olmaq nə qədər də gözəldir! Növbəti bənd deyir, “Sənin fidanların nar bağçasına oxşayır, elə bil cənnətdir, orada seçmə meyvələr var”.

Hər bir nar dənəsindən daha bir nar əmələ gəlir. Məsihlə birlikdə Tanrıda gizlədilmiş imanlı da, çoxlu bar verəcək. Buna görə, biz Tanrının Kəlamını tikanlar arasında əkməməliyik. “Özünüz üçün təzə əkin yeri şumlayın, ancaq tikanlar arasında əkməyin” (Yeremiya 4:3).

Mənim həyatım möhürlənib, bulağım örtülüb və bağçamın qapısı bağlıdır; bu Rəbbin bağçası, Rəbbin çeşməsi, Onun bulağıdır. O öləndə, hər bir günah və səhvin qiymətini ödədi ki, Tanrının seçilmişlərini bütün ittihamdan qurtarsın (Romalılara 8:33). İndi isə heç bir mühakimə və ayrılıq yoxdur, yalnız böyüməyimiz üçün bir yer var. Biz,“Rəbbin əkdiyi salehlik palıdları” kimiyik (Yeşaya 61:3).

Ağac böyüyərkən yuxarıya üz tutur. Ağacla Tanrı arasında hava və səmadan başqa heç bir şey yoxdur. Biz salehlik palıdı kimi tam boyda dayanıb, üzümüzü Tanrıya tutmuşuq, Onu izzətləndirmək üçün əyilmədən gəzirik.