суббота, декабря 26, 2009
"Tanrının yaxşılığı sənin üçündür" Dr. Karl Stivens
26 DEKABR
“TANRININ YAXŞILIĞI SƏNİN ÜÇÜNDÜR”
Yaradılış 37:20-21 – “İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır”. Ruven onlara “qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın” dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın”.
Gəlin Bibliyadan həyatlarında gözəl bir şey baş vermiş bir-iki nəfərə müraciət edək:
İbrahim, Tanrı sənə vəd verdi, sən də Ona inandın. Təzyiq vaxtı gələndə, sən seçim hüququnu Luta verdin, sənin seçimini isə Tanrı etdi. Nəticədə, həyatında gözəl bir şey baş verdi, İbrahim. Tanrı sənə ailə verdi, bu ailə bütün yer üzünü bürüdü və indi, hamı səni “imanımızın atası” kimi tanıyır. Bunun da nəticəsində gözəl bir şey baş verdi.
Yusif, qardaşların səni öldürmək istəyirdi. Bunun əvəzinə sən qul kimi satıldın və nəticədə Misirə düşdün. Zindanda olarkən, Tanrı sənə fironun yuxusunu yozmaq üçün dərrakə verdi və bunun sayəsində, sən azad olub vəzifədə yüksəldin. Təsəvvürünə gətir, Yusif! Sən o dövrdə dünyada ən güclü imperiyanın ikinci adamı oldun. Bəli, səni qul kimi satanda, qardaşların sənə pislik etmək istədilər. Lakin, Tanrı bu pisliyi yaxşılığa çevirdi. Yusif, gözəl bir şey baş verdi və buna görə çoxları xilas oldu.
Sadəcə bizi sevən Tanrıya inan və Ondan qəbul et. Biz Öz xalqına xeyir-dua vermək istəyən Tanrıya xidmət edirik. Onu elə indi axtar. Hüzurunda yaşa. Onun vədlərinə inan. Kəlamını etiraf et.
Tanrının xeyir-duası var sənin üçün.