среда, декабря 09, 2009

"Tam qələbə qazananlar" Dr. Karl Stivens


9 DEKABR

“TAM QƏLƏBƏ QAZANANLAR”

Romalılara 8:37 – “Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq”.


Həqiqi xristian öz qələbəsinə heyran olur. Tanrı bizi hər zaman zəfər təntənəsinə aparır ki, biz həmişə və hər yerdə Onu tanımaqdan yaranan ətri yayaq. Bəziləri üçün biz - “ölümə aparan ölüm qoxusu”, digərləri üçün “həyata aparan həyat ətriyik” (2Korinflilərə 2:16), lakin Tanrı üçün biz hər zaman Onun xoşuna gələn ətirik.

Bizi Sevənin vasitəsilə biz tam qələbə qazanırıq. Əgər mən sizə bu həqiqəti çatdıra bilirəmsə, onda siz onu ürək və ağlınıza qəbul edə bilərsiniz, siz məhəbbətdə, imanda və lütfdə gəzəcəksiniz. Mərhəmətdə, bağışlamada, qüdrətdə və sülhdə gəzəcəksiniz. Sevincdə gəzəcəksiniz. Vəsatət duasında gəzəcəksiniz. Döyüşün düz qaynar nöqtəsində gəzəcəksiniz, çünki bilirsiniz ki, “Döyüş Rəbbindir”. Əgər siz Tanrıya emosiyalarınıza nəzarət etməyə icazə versəniz, onda onlar sevinc emosiyaları olacaq, çünki sizin dilinizdən “düz sözlər çıxacaq” (Süleymanın Məsəlləri 23:16).

Tanrıya şükürlər olsun ki, O bizə qələbələr deyil, QƏLƏBƏ verir, çünki qələbə artıq qazanılıb. Bizim çox böyük qələbəmiz var. “Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!”

Biz yalnız müzəffər deyil – tam qələbə qazananlarıq! Tanrı bizi zəfər təntənəsinə “hərdən” aparmır, qələbə isə hər zaman bizimdir. Əlimizdən alınmaz qələbə bizimdir. Bunu başa düşəndə biz Onu tanımaqdan yaranan ətri getdiyimiz hər yerə yayırıq.