воскресенье, декабря 27, 2009
"İmanı bəyan edin" Dr. Karl Stivens
27 DEKABR
“İMANI BƏYAN EDİN”
Efeslilərə 3:19-20 – “hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha... izzət bütün nəsillər boyunca əbədi olsun! Amin”.
Yenidən doğulmuş bir imanlı kimi siz öz imanınızda tamamilə yeni bir mövqe əldə etdiniz. Siz heç vaxt darda qoymayan bir Məhəbbətlə sevildiniz. İndi sizin imanınız da tamamilə yeni bir şəkildə bəyan edilir və onun yeni ətri var. İmanlılarla birgə dua etmək üçün yığışın. Başqaları üçün vəsatət etməklə siz əvvəllər öhdəsindən gələ bilmədiyiniz maneələri aşmağa öyrənəcəksiniz.
Biz tam qələbə qazananlarıq. Məsih vasitəsilə biz qadir olmuşuq. Tanrı bütün ehtiyaclarımızı ödəyəcək. O, iblisi məhdudlaşdırıb və biz məğlubiyyətə uğramayacağıq. Vəziyyətlər və şərait bizim məyus edib sıxışdıranda, biz imanda fəal olmalıyıq. Məsihə və Qolqotada Onun qələbəsinə etibar etməklə, biz Tanrının hüdudsuz lütf və mərhəmətini təcrübədə yaşamağa başlayacağıq.
Bizim yer üzündə təyinatımız hər bir yerdə Tanrı biliyinin ətrini yaymaq və bütün dünyaya Onun Kim olduğunu dəqiq şəkildə bəyan etməkdir. Elə yaşayın ki, sizə baxaraq ətrafdakı insanlar və mələklər Tanrının Bağışlanmasını, Məhəbbətini, Lütf, Mərhəmət və Səbrini seyr edə bilsinlər. Qoy həyatımız insanlar üçün Müqəddəs Ruhun gətirdiyi meyvələrin təkzibedilməz sübutu olsun.
Tanrımız arzulayır ki, istəyib düşünə biləcəyimizdən daha artıq bizə xeyir-dua versin. Tanrını ucaldan və bizi tam müzəffər etmək üçün yaratdığını təsdiqləyən şəxsi imanı bəyan edək!