воскресенье, марта 07, 2010
"Xeyir-dua kasası" Dr. Karl Stivens
7 MART
“XEYİR-DUA KASASI”
1 Korinflilərə 10:16 – “Şükür etdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi?”
Bibliya bizdə yerləşən bir-birimizlə Tanrı övladları kimi ünsiyyətdə olmaq qabiliyyətindən danışır. Bu qabiliyyət - qəbul etmək və vermək bacarığımızın meyarı – bizim münasibətlərimizdə olan Qanın xeyir-duası vasitəsilə əmələ gəlir. Məsih ünsiyyət yollarını təsbit edib. Bizim xeyir-duamızın kasası Bədəni Onun Qanı vasitəsilə təyin edərək, bizim bir-birimizə olan oğullar arasındakı münasibət qabiliyyəti haqqında şəhadət edir.
Biz gərək Qolqotada tökülən, Onun Qanını təqdim edən kasaya xeyir-dua verək. Əhdi-Ətiq çadırında hər bir şeyə qurban gətirilən heyvanların qanı çilənirdi, lakin buna baxmayaraq onun effekti yalnız müvəqqəti idi. Biz Məsihin Qanı ilə günahdan həmişəlik yuyulmuşuq; bizim vicdanımız onunla təmizlənib.
Romalılara 5:9 uyğun olaraq, imanla qəbul olunmuş Qan bizə bəraət qazandırır (Koloselilərə 1:20-23). O bizim ürək, əql, eşitmə qabiliyyəti və nitqimizi yuyaraq, azadlığı və qüsursuzluğu təqdim edir. Qan bizim başlanğıc nöqtəsinə çevrilir. İsanın Qanı sayəsində biz bir-birimizlə olan ünsiyyətin xeyir-duasından həzz ala bilərik.