среда, марта 17, 2010

"Onun Nəzərində hərəkət edin" Dr. Karl Stivens


17 MART

“ONUN NƏZƏRİNDƏ HƏRƏKƏT EDİN”

Süleymanın Məsəlləri 23:12 – “Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver”.


Bizim ən böyük problemlərimizdən biri ondadır ki, həqiqətən bizə məxsus olan şeylərin mənimsəməsinə başlamırıq. Nəyə görə də Tanrıya bizim daxilimizdə Öz salehlik işini görməsinə icazə verməyək? Gerçəkliyin iblisanə qiymətləndirilməsinə əsaslanan özünümüdafiə mexanizmlərini istehsal etmək əvəzinə, Ona hər bir müəyyən vəziyyət üçün səmavi nəzəri formalaşdırmağa icazə verin.

Tanrı yaraları sarımağa və sınmış ürəyi bərpa etməyə qadirdir. O Öz hüzurunu göstərərək, çapığları götürüb, sizə məhəbbət hakimiyyətini, sevinc yağını və sülhün gücünü verə bilər. Siz səmavi nəzərə malik olub, canlı Tanrıdan canlı iman vasitəsilə ölüm ayağında olan dünyaya canlı Kəlamı aparan canlı Kilsədə həzz ala bilərsiniz.

Siz dünyaya hansı gücü – hisslərinizin gücünü, öz şəxsi təcrübənizin gücünü və ya rəyinizin gücünü göstərmək istəyirsiniz? Tanrıdan gələn Kəlamın elçisi olun! Seçim sizindir. Mən dua edirəm ki, siz Onun nəzərində hərəkət etmək üçün Tanrının lütf, mərhəmət və Müqəddəs Ruhla dolma hakimiyyətindən istifadə edəsiniz.