суббота, марта 27, 2010

"Qolqotaya tabe olun" Dr. Karl Stivens


27 MART

“QOLQOTAYA TABE OLUN”

Zəbur 18:44 – “Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər”.


Siz Qolqota qarşısında baş əyəndə, həyatda ən yüksək dəvətə tabe olursunuz. Siz Haqq-Taalanın qulu olarkən, insana məlum olan ən böyük imtiyaza tabe olursunuz. Yer üzündə sizin qalmağınıza az qalıb və Tanrı sizi bu vaxtı satınalmağa dəvət edir.

Dərk edin ki, Tanrını imanla razı salmaq, Ona lütf ilə xidmət etmək və Ona məhəbbətlə tabe olmaq üçün Tanrının bütün tamlığı və Müqəddəs Ruhla dolmaq zəruridir. Siz Tanrının Kəlamından nəsə bir şey eşidən kimi imanla itaətdə Tanrının tam məsləhətinə daxil olun (Romalılara 1:5).

Siz hər səhər Rəbbə deyə bilərsiniz: “Mən buradayam: Məni göndər! Həyatımda hər şeydən çox Sənin üçün yaşamaq, Səni sevmək, Sənin üçün nəfəs almaq və Səni dünyaya göstərmək istəyirəm. Mən Sənin səsin olmaq istəyirəm. Sənin gözlərin, qulağın, dilin, ayağın və qolun olmaq istəyirəm”.

“Ah Tanrım, əgər Sən məni bağışlamağa davam edib, məndən istifadə edə biləcəksənsə, onda mənə Ruhda yaşamaq gücünü də ver və mən Sənə çox minnətdar olaram!”