вторник, марта 02, 2010

"Tanrı hüzurunun təzahürü" Dr. Karl Stivens


2 MART

“TANRI HÜZURUNUN TƏZAHÜRÜ”

Yəhya 5:1-9 – “Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. Yerusəlimdəki Qoyun qapısının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var idi. Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. Otuz səkkiz il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağlam olmaq istəyirsənmi?» Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi”.


Tanrının Öz hüzurunu təzahür etməkdə marağı var. Sadəcə anlayış və biliyə, əqldə teologiyanın kataloguna malik olmaq kifayət deyildir. Bütün bunlar seminar professorlarında var. Lakin mən deməyə cürət edəcəm ki, onların az bir hissəsi Tanrının hüzurunu təcrübədə yaşamağı bacarır.

Qəlbimizin torpağı gərək şumlansın. Bu baş verəndən sonra Bibliyanın var-dövləti hüdudsuz olur. Müqəddəs Ruh onları həyatla dolduranda, sadəcə aşıb-daşaraq, hər bir bənd və hər bir sətir bizim üçün möhtəşəm bir dəyərlə dolur. Hər bir şey müqəddəs sayılır və Tanrı Kəlamının dinamikası bizim mühitdə gerçəkliyi əldə edir. Bu, Tanrı Kəlamı tərəfindən yandırılan və dəstəklənən oyanmadır, alovdur. Son nəticədə iman sahələri əmələ gəlir.

Tanrının hüzuru elə bir güc əldə edir ki, bizi yayındıran hər bir şey minimuma endirilir. İmanlılar bir iman pilləsindən növbəti pilləyə keçəndə, mənimsəmə qabiliyyəti böyüyür. Ürəklər Məsih tərəfindən zəpt olunanda, Tanrının fəaliyyətinə heç bir şey mane ola bilməz. İtatət çox asanlıqla təzahür edir və öz ardınca oyanmanı aparır; hər şeyin açarı hisslər və emosional partlayış deyil, lakin itaətdir.

Hər şey bu cür sadədir. İsa özündə şəfa daşıyan Kəlamı göndərir. Biz Ona etibar etməyə başlayanda, imanımız hərəkətə keçir.