воскресенье, марта 28, 2010
"Tanrının Qaydasını İzləyərək" Dr. Karl Stivens
28 MART
“TANRININ QAYDASINI İZLƏYƏRƏK”
1 Korinflilərə 14:40 – “Ancaq qoy hər şey ədəblə və nizamla edilsin”.
Bizim addımlarımız Tanrı tərəfindən yönəldiləndə, biz Onun coğrafi iradəsi, operativ iradəsi, təşkilati iradəsi və kamil iradəsində yaşayırıq. Biz özümüzə sərf eləyən şeyləri deyil, lakin Tanrını izzətləndirən şeyləri seçirik.
Pastor Kəlamı tədqiq edir. O başa düşür ki, onun toplantı qarşısında böyük məsuliyyəti var. O Tanrı ilə düz olmalı və kafedradan Kəlamı həqiqətdə şərh etməlidir. Pastorun toplantısı öz növbəsində Kəlamın ötürülmüş səlahiyyətinə tabe olur.
Ərlər onların Başı olan İsa Məsihə sözsüz tabe olur. Zövcələr öz ərlərinə Rəbbdə tabe olur və inanırlar ki, Tanrı ərlərində olan istənilən səhvi düzəldəcək. Uşaqlar öz valideynlərinə tabe olurlar. Tanrının qaydası budur. Əgər nigahda olan cüt öz evində Tanrının qaydasına ehtiram edirsə, onların hər ikisi həyat lütfünün varisi olacaq və onların duaları üçün heç bir maneə olmayacaq (1 Peter 3:7).
Tanrının qaydası bizdə Tanrı qarşısında fağır və həqiqət qarşısında həlim olmaq qabiliyyətini doğurur. Tanrı, Öz növbəsində, Öz övladlarının dualarına ehtiram göstərir və Öz Kəlamını yerinə yetirmək üçün onlara qüvvət verir.