четверг, марта 18, 2010

"İsa ilə Məzuniyyət" Dr. Karl Stivens


18 MART

“İSA İLƏ MƏZUNİYYƏT”

İbranilərə 4:9 – “Beləcə Allah Şənbə günü istirahət etmiş kimi Onun xalqı üçün hələ də bir istirahət qalır”.


Əgər insan məzuniyyət götürürsə, bunda səhv bir şey yoxdur. Ancaq o insanlar üçün təəssüflənirəm ki, o dərəcədə yorğundular ki, növbəti məzuniyyəti gözləmək iqtidarında deyillər. Maraqlıdır ki, bəzi insanlar məzuniyyətdə olduğu zaman deyir ki, evə nə vaxt qayıdacağını səbirsizliklə gözləyirlər. Onlar evdən uzaq bir yerdə xoşbəxt olmağa çalışaraq həddindən artıq yorğundurlar.

Tanrının xalqına istirahət lazımdır. Lakin Tanrıya xidmət edib, heç vaxt bitməyən məzuniyyətdə olmaq daha yaxşıdır. Yeşaya 32:18-də deyilir ki, Tanrı xalqı üçün çoxlu istirahət yerləri mövcuddur. Xristian həyatı heç vaxt bitməyən bir məzuniyyət olmalıdır. Nəhayət günahlarımız heç vaxt bizə sayılmayacaq. Biz ölümdən həyata keçmişik (Yəhya 5:24) və İsa Məsihin Bitirilmiş İşində istirahət edirik.

“Məzuniyyət” sözü ağlıma gələndə, mən Matta 11:28-29-da İsanın sözləri yadıma düşür: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən təvazökaram. Bununla canınıza rahatlıq taparsınız”.