суббота, марта 20, 2010

"Hüzur Çadırı bizim daxilimizdədir" Dr. Karl Stivens


20 MART

“HÜZUR ÇADIRI BİZİM DAXİLİMİZDƏDİR”

Çıxış 40:34 – “O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu”.


Çıxış kitabında gözəl bir hekayə var. Təzəcə tikilmiş hüzur çadırını bulud bürüdü və bu səbəbdən Musa Tanrının Evinə xidmət etmək üçün daxil ola bilmədi. Niyə görə? Çünki hüzur çadırı Rəbbin İzzəti ilə dolmuşdu.

Həddindən artıq vacibdir ki, Musanın tikdiyi hüzur çadırını dolduran həmin Rəbbin İzzəti, bu günləri sizi də doldursun. 1 Korinflilərə 6:19-20-də deyilir ki, biz Tanrının hüzur çadırıyıq: “Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun mə’bədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin”. Tanrı istəyir ki, Öz yaratdığı xalqını Musanın tikdiyi hüzur çadırını dolduran kimi doldursun. Tanrı hər bir imanlını dəvət edir ki, əvvəlkindən də çox Onun hüzurunun gücünü təcrübədə yaşasın.