воскресенье, марта 21, 2010

"İlahi Sevinc" Dr. Karl Stivens


21 MART

“İLAHİ SEVİNC”

Qanunun təkrarı 10:15 – “Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi”.


Tanrı bizə demək istəyir: “Həyatınızda baş verən şeylərdən qorxmayın. Mərhəmət Mənəm. Salehlik Mənəm. Və Mənim sevincim ondadır ki, sizə Mərhəmət və Salehliyi bəxş edim”. Mən sizə Öz hüzurumu hədiyyə etməyi sevirəm. Mən həzz alıram ki, sizdə Mənim məqsədim həyata keçib, bütün dünyaya Mənim hüzurumla birlikdə nümayiş etdirilir”.

Tanrıya sizin vəziyyətlərinizi yüngülləşdirib daxilinizdə olmaq çox xoşdur. Sizin bədəniniz üçün Həkim, fiziki orqan və ağrılarınız üçün isə Cərrah olmaq Ona ləzzət verir. Sizi Öz idrakı ilə nur olan Kəlamına əsasən dikəldərək, O sevinir. Tanrı sizə sərhədsiz xeyir-dua vermək intizarındadır. Məhz, bunu Tanrı sizin üçün istəyir və O burdadır ki, bu günləri bunu gerçəkliyə çevirsin.

“Mən sizin bədəninizdə məskunlaşmışam”, Rəbb deyir. “Bu Mənim arzumdur ki, Özümlə sizin qabiliyyət və imkanlarınızı genişləndirib, varlığınızın hər bir hissəsini doldurum. Bu Mənim istəyimdir ki, həyatınızın bütün sahələrinə şəfa gətirim”.