среда, марта 31, 2010

"Səmavi Düşüncələr" Dr. Karl Stivens


31 MART

“SƏMAVİ DÜŞÜNCƏLƏR”

1 Korinflilərə 15:53-54 – “Çünki bu çürüyən bədən çürüməzliyi, bu ölümə düçar olan bədən ölməzliyi geyməlidir. Çürüyən bədən çürüməzliyi və ölümə düçar olan bədən ölməzliyi geydikdə «Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək”.
1 Salonikililərə 4:17 – “Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində qaldırılacaq və beləcə daim Rəblə olacağıq”.


Səma haqqında fikirlər bizi Tanrı üçün qısqanc olmağa vadar etməlidir. Göylərdə biz Tanrının bütün izzətli müqəddəsləri ilə birlikdə olacayıq. Evə bizdən tez getmiş dəyərli əzizlərimizə rast gələcəyik və öz ailəmizdən əbədi həzz alacayıq.

Mən tanıdığım elə bir xristianlı yoxdur ki, yaşlaşdıqca səmavi ev üçün darıxmasın. İş orasında deyil ki, biz yer üzündə olan həyatımızın bütün qarmaqarışıqlığını arxada qoymaq istəyirik. Biz yer üzündə Məsihlə yaşamaq arzusundayıq; bununla belə bizim düşüncələrimiz göylərə yönəlib.
Biz xilası qəbul edən kimi məqsədimiz yer üzündə Məsihi insanlara açmaq olur.

Tanrının niyyətinə uyğun biz göylərdə əbədi hökm sürmək üçün yaradılmışıq. Bizim yeni həyatımız göylərdən gəlir. Yaxşı düşüncələrimiz göylərdəndir. Yaşayışımız səmadadır. Dualarımız səmada oturan Məsihdən keçir. Bizim iman və ümidimiz göylərdən gəlir. Göylər bizim təminatımızdır.

Biz elə düşünülmüşük ki, göylərdə olan əbədiyyətə hazırlaşaraq, bu yorğunluq, xəstəlik, zəiflik və ölüm bədənlərimizi tərk edək.