суббота, марта 13, 2010

"Əvvəlcə Səltənəti Axtarın" Dr. Karl Stivens


13 MART

“ƏVVƏLCƏ SƏLTƏNƏTİ AXTARIN”

Matta 6:33 – “Ona görə də siz əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək”.


Təsəvvürünüzə gətirin. Məsih sizə şəxsən deyir: “Mən sənə görə Öz həyatımı fəda etdim ki, səndə yaşayım və sənin üçün hər şey olum. Mən hər şeyin qayğısına qalacam və sənə bol həyat verəcəm. Mən istəyirəm ki, sən hər şeydən əvvəl Mənim Səltənətimi və salehliyimi axtarasan, lakin səni dünyada əhatə edən şeyləri deyil. Və onda bunların hamısı sizə əlavə olaraq veriləcəkdir”. Tanrı istəyir ki, biz Onunla bizdə olan Onun Kəlamına itaət vasitəsilə şəxsi münasibətləri möhkəmləndirdikcə, O bizi millətlər arasında ilahi müdafiə və mömin ad ilə təmin etsin. Biz hər qüdrət duasının, izzətləndirmə duasının, sitayiş və təminat dualarının məshinə daxil olanda xüsusi iltifat əldə edəcəyik.

Sizə pıçıldayan Tanrının sakit səsinə, mehin əsməsinə qulaq asın: “Mənimlə səhər və axşam bir saat ünsiyyət vaxtının keçirilməsinin nə olduğunu anlamağa başlayın. Təklikdə Mənim lütf və mərhəmət Taxtına gəlin. Sizi yayındıran hər bir şeyi qırağa qoyun və Bibliyada sizə verilən hər bir vəd üçün dua etməyə başlayın”.