суббота, марта 06, 2010

"Bədəndə olan birlik" Dr. Karl Stivens


6 MART

“BƏDƏNDƏ OLAN BİRLİK”

Efeslilərə 1:22-23 – “Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Dolğunlaşdıranın tamlığıdır”.


Hər bir xristianlı satın alınıb və onun qiyməti İsa Məsihin Qanı ilə ödənilib; biz özümüzə məxsus deyilik. Hər birimiz Onun Bədəninin üzvləriyik, Məsih isə Başdır və Baş istəyir ki, Onun Bədəni olan bizlər Onun həyatı, Onun cismi və Onun sümüyü olaq. Hətta bədənimizin ən zəif üzvü belə Məsihindir. Bədənin hər bir üzvünə gərək Məsihə göstərilən münasibəti göstərək, çünki o, Məsihə məxsusdur; ona görə biz gərək Bədənə ehtiram edək, Onunla eyniləşək və Ona həyatı ifadə edək.

Mən toplantının digər üzvünə baxanda, şəxsi qəsdi-qərəzliyə, kinə, acılığa, şübhələrə və ya qorxuya yer verə bilmərəm. Əksinə, mən hər bir kəsi sevməliyəm, çünki o kəs Məsihdədir, və bununla da mənim bir hissəmdir. Verilən halda bizim heç birimiz kamil deyil, lakin göylərdə hamı kamil olacaq və əbədiyyəti bir yerdə keçirəcəyik.

Bunu dərk edərək, böyüdükcə, yetkin olduqca və Məsih Bədənində üzv kimi öz rolumuzu yerinə yetirdikcə, bizə bir-birimizi sevmək lazımdır. Bədəndə Tanrı hər birimizi Öz niyyətinə uyğun yerləşdirib, və O istəyir ki, biz tutduğumuz mövqeyin üstünlüyünü və bütün Bədənə rəngarənglik verən bu xeyir-duaları dərk edək.