понедельник, марта 29, 2010
"Qısqanc qalın" Dr. Karl Stivens
29 MART
“QISQANC QALIN”
Yeşaya 57:10 – “Uzun yollar sizi taqətdən saldı. Lakin siz “daha bəsdir” demədiniz. Gücünüzü təzələyib qalxdınız, Buna görə yorulmadınız”.
Çoxları yolun böyüklüyündən təngiyir. Bizim zahiri insanımız Tanrıya xidmət edərək taqətdən düşə bilər, nə vaxt ki bizim daxili insanımız alovlu qalmaqda davam edir (2 Korinflilərə 4:16). Yorğunluq bizim insani təbiətimizdən, lakin qısqanclıq isə saxsı qablarda daşıdığımız xəzinədən irəli gəlir (2 Korinflilərə 4:7).
Tanrı üçün olan qısqanclıq dörd şey haqqında şəhadət edir: Məsih vasitəsilə aktiv, qaynar məhəbbətin olması; lütfdə sərilən xeyirxahlıq; ürəyimizdə qızaran, isti alovun dözümlülüyü; incə hissiyatlılıq və bütün bəşəriyyət üçün eyniləşmə ilə dərin düşüncə.
2 Korinflilərə 7:7-də Pavel “səy” haqqında qeyd edir. Xristianlılar hər zaman “saf ürəkdən” sevməyə dəvət olunurlar (1 Peter 1:22). Həmçinin, 1 Peter 4:8-10 imanlılara bir-birini “cani-dildən sevmək”, “şikayət etmədən” bir-birinə qonaqpərvərlik göstərmək və “bir-birinə” aldığı lütfə görə xidmət etmək haqqında deyir.
Bütün ciddiliklə bu mövzu haqqında düşünün. Biz xüsusi zamanda yaşayırıq, nə vaxt ki biz, imanlılar üçün Məsihin bizim həyatımızda hökmranlıq etmək məqsədi ilə Onda alovlanmaq son dərəcə vacibdir.