среда, марта 10, 2010
"İlahi Təvazökarlıq" Dr. Karl Stivens
10 MART
“İLAHİ TƏVAZÖKARLIQ”
Yaqub 4:10 – “Rəbbin hüzurunda özünüzü aşağı tutun, O da sizi ucaldacaq”.
Tanrı ilə gəzişi haqqında ciddi düşünən hər bir imanlının həyatı mərkəzində İsa Məsih durmalıdır. Belə imanlı Müqəddəs Ruh üçün əlçatan olmalı və Onun rəhbərliyi ilə əlaqəsi olmalıdır.
Bütün Amerikada İsanı sevənlərin, öz niyyətlərinin təmizliyində Ona xidmət edənlərin, salehlik üçün susayıb acıyanların qalıqlarını tapmaq olar. Buna baxmayaraq, kamil bir şey mövcuddur ki, onun haqqında çox təəssüflər olsun çoxları eşitməyib: İlahi təvazökarlıq.
Mən sadəcə təvazökarlıq deyil “ilahi təvazökarlıq” dedim. Bu, öz özümdən azad olmağa çağırıb, yalançı möminliyə malik olan hansısa yaxşı əməllər programından irəli gələn öz özümün alçaldılması deyil.
İlahi təvazökarlıq Məsihlə çarmıxa çəkilmə və dəfn edilməyimizin tanınmasından irəli gəlir. Bu cür təvazökarlıq tənqid etməyən həyatda öz təzahürünü tapır. Belə şüur paranoyya ilə xəstələnmir, lakin hər zaman daha yaxşısını düşünür. Bizlərdən çoxumuz nə vaxt isə düşündüyündən qat-qat yüksək qabiliyyətə malik olan ürək tapacaqdır.