четверг, марта 11, 2010
"Bəhrə verərək" Dr. Karl Stivens
11 MART
“BƏHRƏ VERƏRƏK”
Yəhya 15:8-16 – “Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə əməl etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə əməl edərək Onun məhəbbətində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə söylədim. Siz Məni seçmədiniz, Mən sizi seçdim. Mən sizi tə’yin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın, beləcə Mənim adımla Atadan nə istəyirsinizsə, sizə versin”.
Bizim hər birimizin daxilində xəzinə gizlədilib və Tanrı istəyir ki, bu xəzinə ətrafdakılara bizim vərdiş, nitq və davranışımız vasitəsilə açılsın. Tanrı məhz nəyi istəyir?
O arzu edir ki, bu xəzinə bəhrə verən həyatda öz ifadəsini tapsın. “Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir” (Yəhya 15:8). “...Mən sizi seçdim. Mən sizi tə’yin etdim ki, gedib bəhrə verəsiniz...” (Yəhya 15:16).
Hər hansı evdə baş verən hadisələrə nəzər yetirərkən, Tanrı bu evdə məskunlaşan insanlarda gizlədilmiş xəzinəni görür. O istəyir ki, daxildə gizlədilmiş xəzinə həmin insanların zahiri həyat paltarlarında ətirə çevrilsin.
Tanrı övladının arzuları Tanrının arzuları ilə eynidirsə, onda onun həyat paltarlarından ətrafdakılara həzz verən ətir gəlir. Açıq-aşkar olur ki, bu insanın daxilində nə isə dəyərli bir şey var. Belə insanın yanında olmaq nə qədər də xoşdur.