пятница, марта 26, 2010

"Azadlıq" Dr. Karl Stivens


26 MART

“AZADLIQ”

Yəhya 8:32 – “Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək”.

Çətin dövrlər başlayıb. İnsanlar xudbin olublar. Tanrı yolunda olan kimi görünüb, bu yolun gücünü inkar ediblər. Bu günlərdə iblis Müjdənin yayılmasına mane olan onun kosmik* planı üçün işləyən ilığ və qeyri-efektiv olan kilsəni təsis etmək üçün səy göstərir. Həmişəkindən artıq biz bilməliyik ki, ürəklərimizdə alovu yanar halda necə saxlayaq.

Hər bir xristianlı İsa Məsihin qəbulundan irəli gələn həqiqi azadlıq haqqında xəbəri bölüşməyə dəvət olunub. İsa dedi: “Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək”.

Azadlıq, bu, yaxşı əməllərə doğru olan səy və ya özünüzü Tanrının bənzəyişinə uyğun proqramlaşdırma deyil. Azadlıq – bu, ürəyimizdə Tanrı Kəlamı və Müqəddəs Ruh güzgüsünün gücü ilə əmələ gələn izzətdən izzətə doğru dəyişikliyi qəbul etmə hazırlığıdır. Azadlıq – biz durduğumuz bir şeydir. Və onda duraraq, biz iblisanə kosmik dünya sistemi üzərində hər bir qüvvəyə və əzəmətə malikik.

* “Kosmik” sözü yunan sözü olan “kosmikos”-dan əmələ gəlib, mənası “müasir satqın əsrin xüsusiyyətlərinə malik olan” (bax. Titusa 2:12 və İbranilərə 9:1) deməkdir.