воскресенье, марта 14, 2010

"Tanrı Quzusu budur" Dr. Karl Stivens


14 MART

“TANRI QUZUSU BUDUR”

Yəhya 1:36 – “İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: “Allah Quzusu budur!”.


Əgər mən durmadan Quzuya baxıramsa, bu mənə elə təsir göstərəcək ki, təvazökarlıq həyatımın hər bir sahəsinə daxil olacaq. Quzuya baxaraq, həyatım haqqında məni maraqlandıran bütün suallara cavab alacam. Quzuya baxanda, insanlarla münasibətlər mənim üçün yeni məna kəsb edəcək. Mənim baxışım Quzuya yönələndə, Kəlamın tədqiqi heyran ilə dolu olacaq. Əgər mənim gözlərim Quzudadırsa, onda məndən sui-istifadə edənlərlə heç bir problem olmayacaq.

Mən Müjdələrdə Quzuya baxanda, görürəm necə ki, Əzəmətli Tanrı insan günahına və Onu əhatə edən iblis hakimiyyəti sisteminin pisliyinə görə əzab çəkən İnsan olur. Mən görürəm necə ki, Quzunu Qolqotada qan tökməyə aparırlar.

Mən eyni zamanda iki obyektə baxmağa qadir deyiləm. Mən eyni zamanda öz problemimə və Quzuya baxa bilmərəm. Biri digərinə maneə olacaq. Ona görə də mən İsa Məsihi həyatımda hər şeydən üstün sayaraq, Quzuya baxmağa öyrənirəm və bununla da Ona ehtiram edirəm. Bu mənim İsanı izzətləndirməkdə olan borcumdur, çünki yalnız O, tək bütün izzətə layiqdir.