пятница, марта 05, 2010
"Həqiqətən Azadam!" Dr. Karl Stivens
5 MART
“HƏQİQƏTƏN AZADAM!”
Zəbur 51:12 – “Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol”.
Mənim ruhum azaddır, həmçinin hər bir xristianlıda da belədir, kim ki tam şəkildə tövbə edib və Müqəddəs Ruhla doludur. Biz dünənki problemlərlə mübarizə aparmırıq. Biz keçmişdə gördüyümüz sirli günahlarla və ya bizi incidən kəslərin provokasiyaları ilə məşğul deyilik. Biz azad ruha – Tanrının azad Ruhuna malikik!
Tanrının Ruhunda dayaq tapmaq nə deməkdir? Tanrının azadlığı var, elə deyilmi! O artıq iblisin işini bitirib. Tanrıda bizi bağışlamaq, yumaq, təmizləmək və bizdə əbədi yaşamaq azadlığı var. O, azaddır ki, məhəbbəti, sevinci, sülhü, səbri, mehribanlığı, xeyirxahlığı, sədaqəti, həlimliyi, özünə hakim olmanı bizə versin. O, bizə hər həqiqətə yol göstərməyə və əqlimizi yaşatmağa azaddır.
Biz razılıqda yaşamağa azadıq.
Məsihin Bədənini sevməyə azadıq.
Dostlarımızın məhəbbətindən həzz almağa azadıq.
Dua etməyə və imanla xəstəliklərlə mübarizə aparmağa azadıq.
Tanrı təminatının qüvvəsində problemlərlə mübarizə aparmağa azadıq.
Biz azadıq, azadıq, AZAD!