понедельник, марта 22, 2010

"Çay və Ağac" Dr. Karl Stivens


22 MART

“ÇAY VƏ AĞAC”

Vəhy 22:1-2 – “Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür”.


Tanrının Əbədi Şəhərində çay var. Onun ortasında ağac – Həyat Ağacı, Qolqotanın qədim, kələ-kötür Çarmıxı vardır. Bu ağacın yarpaqları xalqların şəfası üçündür.

Bu gün üçün tədbiq etdikdə, bu çayın məqsədi var. O bütün dünyadan axıb, İsa Məsihi izzətləndirən Müqəddəs Ruhun çayı haqqında danışır. Ağac, İsa Məsihin Çarmıxı, bütün insanlar üçün şəfa mənbəyidir.

Çayın bir tərəfi keçmişi, digər tərəfi gələcəyi, ortası isə indini göstərir. Tanrı bizə deyir ki, keçmiş üçün olduğu kimi həm indiki, həm də gələcək üçün də çay mövcuddur. Bu çayın ortasında Həyat Ağacı var. Bu çayın təmsil etdiyi Tanrının hüzuru, həmçinin Onun ecazkar buludunda da öz əksini tapır (1 Padşahlar 8:10-11) və Onun gücü buludlardadır (Zəbur 68:34).

Gəlin öz bədənimizi Tanrıya həsr edək. Qoy Tanrının alovu və Onun buludu bizi doldursun. Gəlin öz əqlimizi də yalnız bir şey – Tanrının düşüncələri üçün ayıraraq, Ona həsr edək. Bu cür həsr etmə olduqda, onun məqsədləri Tanrının hüzuru ilə təqdis olunacaq.