вторник, марта 16, 2010

"Tanrıya tərəf dönün" Dr. Karl Stivens


16 MART

“TANRIYA TƏRƏF DÖNÜN”

2 Korinflilərə 3:15-16 – “Hətta bu günə qədər Musanın Yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapayır. Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır”.


Bəzi insanlar Tanrının Kəlamını oxuyarkən, onların ürəyinin üzərində örtüyə bənzər bir şey olur. Bu örtük cism haqqında danışır. Bu insanlar yaxşı əməllər sisteminə xidmət etdikləri üçün onlar çalışır ki, Qanun tələblərini insan gücü ilə yerinə yetirsinlər. Onlar Bitirilmiş İşi görməyə qabil deyil.

Lakin insan Rəbbə tərəf dönəndə, bu örtük götürülür. Belə insanın nəzəri artıq tutqun olmur.

Mən Rəbbə tərəf dönməkdən gözəl bir şey məsləhət görə bilmərəm. Artıq növbəti nəfəsimdə, növbəti qərarımda mən Rəbbə tərəf dönə bilərəm. Mən emosional gərginliyi hiss edəndə, yəni problemlər mənə üstün gələndə – ya maliyyə, ya tibbi və ya gözlənilməyən bəlalar mənim üzərimə düşəndə, mən Rəbbə tərəf dönürəm. Və nə baş verir? Örtük götürülür.
“Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır” (2 Korinflilərə 3:17).