понедельник, марта 15, 2010
"Həqiqətin Hakimiyyəti" Dr. Karl Stivens
15 MART
“HƏQİQƏTİN HAKİMİYYƏTİ”
2 Korinflilərə 13:8 – “Çünki həqiqətə qarşı heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik”.
Tanrı hər qüdrətə malikdir; O hər yerdədir və hər şeyi bilir. Bu Tanrının qabiliyyətidir.
İndi, əgər Tanrının Səltənəti insanın daxilində yerləşirsə və insan Ona təslim olub, itaət edirsə, biz bütün bu fövqəltəbii qabiliyyətlərdən istifadə edə bilərik. Onda daxildə Tanrının hakimiyyətini dərk edərək, insan anlayır ki, hər şey onun ayaqları altındadır və ayağ basdığı hər bir yer onundur.
Belə bir insan dünyanı yaradan eyni bir hakimiyyətə malikdir (İbranilərə 11:3). Bu həmin hakimiyyətdir ki, göyləri yaradıb (Zəbur 33:6). Bu həmin hakimiyyətdir ki, onunla hər şey dayanıb. Bu Tanrı Kəlamının hakimiyyətidir (İbranilərə 1:3). Bibliya bu barədə tam aydınlıqla danışır.
Çiyinlərinizi düzəldin. Yalanı qəbul etdiyiniz bütün sahələri etiraf edin. Həqiqəti dərk edin ki, Tanrının hakimiyyəti sizin hakimiyyətinizdir və onda gəzin. Bundan əlavə Onun qələbəsi sizin qələbənizdir. Bunda durun. Onun əzəməti sizin əzəmətinizdir. Onda yaşayın.