пятница, марта 12, 2010

"Salehlik Ənamı" Dr. Karl Stivens


12 MART

“SALEHLİK ƏNAMI”

Romalılara 10:6 – “Amma imana əsasən gələn salehlik barədə belə deyilir: “Ürəyində demə ki, kim göylərə, yə’ni Məsihi endirməyə çıxacaq?”.


İsa Məsih bizə Öz salehliyini qanun əməllərinə görə vermədi; bu salehlik bizim şəxsi əməllərimizdən asılı deyil. O anda ki biz Məsihə Onun ölümü, dəfni və dirilməsi vasitəsilə öz Xilaskarımız kimi ilk dəfə iman etdik, O, lütf hədiyyəsi olan “imana əsasən gələn salehliyi” bizə saydı (Romalılara 10:6). İndi biz ötürülən salehliyi Tanrı Kəlamı vasitəsilə qəbul edirik, çünki biz İsanın yalnız bizim Xilaskarımız deyil, həmçinin bizim Şəfaverənimiz və həyatda zəruri olan hər bir şey üçün Təminatımızdır.

Müqəddəs Ruh bizi cismimizin pərdəsindən və həyatda baş verən hadisələr barədə sadəcə xəbərdar olmaqdan daha irəli aparmaq istəyir. Rəbb bizə deyir: “Mən artıq sizdə yaşayıram, amma Mən elə itəyirəm ki, siz daha artıq şeylərə malik olasınız!” O bizi keçmişimiz haqqında olan subyektiv düşüncələrin xaricində yerləşən Öz qüdrətinin hüzuruna aparmaq istəyir. Obyektiv düşüncəyə əsaslanaraq, biz birlikdə düzgün gələcəyi tikməyə başlayırıq.

Tanrı arzu edir ki, bizim kamil vəhdətdə elə ünsiyyətimiz olsun ki, göylər qəlbimizi doldursun. Tanrıya şükürlər olsun! Tanrının bizim tərəfimizdə olduğunu bilərək, biz Onun hüzuru ilə ilhamlana bilərik.