вторник, марта 30, 2010
"Heç vaxt tərk edilməyən" Dr. Karl Stivens
30 MART
“HEÇ VAXT TƏRK EDİLMƏYƏN”
Mikeya 7:19 – “Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan”.
Biz Məsihi ürəyimizə qəbul edəndə, Onun bizim üçün etdiyi şeylər haqqında düşünün. O bizi günaha görə olan cəzadan qurtardı. O günahlarımızı ayıraraq bizdən götürdü və Öz unutma Dənizinin dərinliklərində basdırdı (Mikeya 7:19). Tanrı günahlarımızı xatırlaya bilmir və O bizə onları heç vaxt yada saymayacaq.
Günah bizim üçün adətə çevriləndə, Tanrı bizi lazımi ailə münasibətlərinə qaytarmaq istəyərək, heç bir mühakimə olmadan sevən Ata kimi tərbiyələndirir. Rəbbin düzəlişi incədir və həmişə bizim xeyirimiz üçündür. O, əlini uzadıb, bizi qırağa çıxan zaman evə qaytarmaq istəyir.
Edem bağında Adəm və Həvva artıq günah işlədib, gizlənməyə çalışanda, Tanrı onları çağırıb soruşdu: “Hardasınız?” Eyni şeyi O bizimlə edir. O bizi heç vaxt tərk etməyəcək. Əgər biz Ona tərəf dönsək, O bizdə saf ürək əmələ gətirib, düzgün ruhu təzələyəcək. O bizim sevincimizi qaytaracaq və bizi dəstəkləyəcək. Xilas tapmaq nə böyük bir möcüzədir!