вторник, марта 09, 2010

"Məsihlə olan vəhdətim" Dr. Karl Stivens


9 MART

“MƏSİHLƏ OLAN VƏHDƏTİM”

Romalılara 8:3 – “Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyi şeyi Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi”.


Bu gün səhər mən kofeyə qənd atanda, gördüm ki, qənd həll olunaraq yoxa çıxdı. O, elə qarışdı ki, görünməz oldu. Qənd kofe ilə birləşdi. Onlar artıq bir-birindən ayrılmazdır; onlar bir oldu.

Eyni şəkildə də, biz Məsih ilə Onun ölümündə və dəfnində eyniləşdik. Mənim həyatımda hər bir şey İsa ilə çarmıxa çəkilib və basdırılıb. Atam və ya babam tərəfindən mənə qarşı edilə bilən hər bir şey, həmçinin genetik şəkildə mənə ötürülən hər şey Qolqotada Onun üzərinə qoyulub. Bütün bunlar Onun ölümü və dəfni ilə birləşib, Tanrının gözündən həmişəlik rədd olub.

Tanrı Adəmdən tam azadlığı təklif edir. O, özüm barədə dediyim mənfi sözlərdən və mənim ünvanıma deyilən bütün pisliklərdən azadlığı təklif edir. Tanrı sizin təbiətinizi dəyişə bilər, əhval-ruhiyyənizi qaldıra bilər və Özünə olan qabiliyyəti genişləndirə bilər. Bütün bunlar sizin cisiminizdəki olan kimliyiniz İsa Məsihin üzərinə qoyulması sayəsində mümkün oldu.