понедельник, марта 01, 2010

"Motivasiyalar" Dr. Karl Stivens


1 MART

“MOTİVASİYALAR”

2 Korinflilərə 5:18-21


Bizə barışma xidməti və kəlamı verilib. Biz, göyləri, əhdi-cədidi və yeni məxluqu təmsil edən elçilərik. Bütün bunlar bizə çarmıx vasitəsilə İsa Məsih tərəfindən bağışlanıb. Bizə heç vaxt günahı saymayan Məsihin Məhəbbəti necə də möhtəşəmdir.

Bizi hərəkətə gətirən güc haqqında düşünün: Tanrının Məhəbbəti, Tanrının Kəlamı, Bema Məhkəməsi və Tanrıya olan ehtiram. Biz heç bir insanı cismə görə tanımırıq. Biz yeni məxluqda yaşayırıq və barışma xidmətinə vəfalıyıq. Budur bizim motivlərimiz və bizim salehliyimiz bunun üzərində əsaslanıb.

Əgər mənə Bitirilmiş İşin salehliyi verilibsə, onda mənim üçün kiminsə mənim haqqımda olan düşüncələri vacib deyil. Yeganə bir şey vacibdir: mən öz qüsursuzluğumda gəzirəmmi. Hətta ən dəhşətli bədbəxtliklərin alovunda belə, Əyyub heç vaxt Bitirilmiş İşdən gözlərini çəkmirdi. Onu hərəkətə gətirən qüvvə gerçəklik idi: O bilirdi ki, onun Qurtarıcısı diridir (Əyyub 19:25).