среда, марта 03, 2010

"Əqli təzələndirərək" Dr. Karl Stivens


3 MART

“ƏQLİ TƏZƏLƏNDİRƏRƏK”

Romalılara 12:2 – “Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz”.

Bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin. Bu necə baş verir? Siz Məsihdə təzələnmiş əqlinizə cismani hisslərinizə üstün gəlməyə icazə verirsiniz. Bu cür hərəkət etməklə siz birdən aşkar edirsiniz ki, dünənki problemlər bu gün sadəcə mövcud deyil.

Tanrıya öz bədənimi təqdim etməklə, mən Onun kamil iradəsinin nə olduğunu göstərərək israr edirəm. Əgər mən bədənimi təqdim etməsəm, onda mənim üçün heç bir təsdiq belə olmayacaq. Xaliqin kamil iradəsini yerinə yetirmək əvəzinə, mən çox güman ki, mənim özümü razı salan şeyi seçəcəm.

Əgər siz bədəninizi iman və mərhəmətlə Bitirilmiş İş əsasında təqdim edirsinizsə, onda Tanrının nə isə etməyi, sizdə artıq Onun bitirdiyini aşkar edərək nəticə verəcək.

Öz bədənlərini diri qurban kimi təqdim etməkdən imtina edən kəslərə imtahanlar gələndə, onlar bu insanların kim olduğunu göstərir. Biz edə biləcəyimiz yeganə şey, bu oturub səbrlə gözləmək və ümid etmək ki, tövbə gələn gün olacaq. Müqəddəs Ruhla dolu xristianlılarla çətinliklər baş verəndə, onlar dünyaya Məsihin nə etdiyini və Tanrımızın Kim olduğunu aşkar edirlər.