вторник, марта 23, 2010
"Tanrının Əbədiyyətdən gələn Ölçü İpi" Dr. Karl Stivens
23 MART
“TANRININ ƏBƏDİYYƏTDƏN GƏLƏN ÖLÇÜ İPİ”
Vəhy 13:8 – “Dünya yaranandan bəri kəsilmiş Quzunun həyat kitabına adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək”.
Tanrının ilahi ölçü ipi var. Bu ölçü - Onun bol Lütfü, Onun tükənməz Mərhəməti və Onun ağlasığmaz Məhəbbətidir.
Tanrının ipi keçmiş əbədiyyətdən gələcək əbədiyyətə qədər zamanda uzanır və elə o da bizim “indi”-ni əhatə edir. Bu günləri səhər doqquzda baş verən hadisə əbədiyyətə getdi; sabah baş verəcək hadisə bu gün mövcud deyil; və indinin anı elə indicə sezildi. Bizim üçün yaşamaq Məsihdir.
Sizdə neçə illər bəri sizi incidən kəs deyil, Məsih yaşayır. Dəhşətli işlər görmüş içki düşkünü olan valideyn sizdə yaşamır. İndi sizdə İsa Məsih yaşayır.
Bizim həyatımız gördüyümüz günahlar deyil. Onlar bizi idarə etmək qabiliyyətinə malik deyillər. Biz öz keçmişimiz və ya insanların bizə etdikləri şeylərlə dəyərləndirilmirik. Tanrının ölçü ipi dünyanın əsası qoyulanda Quzunun kəsilmiş olduğu keçmiş əbədiyyətdən bizim Məsihlə Tanrıda gizlədilmiş olduğumuz indiki zamana qədər uzanır. Bundan əlavə o, ümidlə dolu sabahımızdan da keçir, çünki Məsih bizim gələcəyimizdir.