четверг, марта 25, 2010
"Tanrının Ölçüləri" Dr. Karl Stivens
25 MART
“TANRININ ÖLÇÜLƏRİ”
Yəhya 14:13-14 – “Mənim adımla hər nə istəsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey istəsəniz, onu edəcəyəm”.
Bizim ruhaniliyimiz Tanrıya olan itaət ölçüsü ilə müəyyən edilir. Bizim imanımız Onun Kəlamına olan etibar ilə ölçülür. Bizim düşünmə qabiliyyətimiz Tanrı Kəlamının qəbul olunma dərəcəsindən asılıdır. Lütf bizdə insanlara qazanmadığlarını hədiyyə verdiyimiz şeylərlə, Mərhəmət isə bizim imanla Lütfə hərəkət etməyə imkan verməyimiz ilə ölçülür. Bizim bağışlanmamızın ölçüsü kimi İsanın Qolqotada tökdüyü qiymətsiz, tükənməz Qan çıxış edir. Bizim üçün şeyləri Tanrının gördüyü kimi qiymətləndirib ölçmək çox asandır!
Bizim özümüz üçün ilk ölçü, bu, Tanrının Məhəbbət və Lütfünün qəbul etmə dərəcəsidir. İsa deyirdi ki, əgər biz Atadan Onun adı ilə hər nə istəsək, onu edəcək ki, Ata Oğulda izzətlənsin. İstənilən şeyi istəyin və O bunu edəcək!
Yəhya 14:15-də İsa deyir: “Əgər Məni sevirsinizsə, əmrlərimə əməl edərsiniz”. Diqqət yetirin: İtaətimizin səbəbi məhəbbətdir. Əgər ürəklərimizdə Tanrının Məhəbbəti axırsa, onda biz Tanrının əbədi həyatını zamanla ölçülməyən dərəcədə qəbul edirik.