среда, марта 24, 2010
"Dəvətə hazırlıqlı" Dr. Karl Stivens
24 MART
“DƏVƏTƏ HAZIRLIQLI”
Yəhya 17:17 – “Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir”.
Kişi və ya qadın hazır olanda, onlar həmişə xüsusi dəvət alırlar. Tanrını həmişə işə hazır insanlar maraqlandırır. Biz Rəbbimiz üçün hazırlanmış yararlı saxsı qablar kimi dəyərləndirilirik. Onun böyük evində biz qızıl və gümüş qablarıq. O kəslər ki, hazırdır, təqdis olunub, yəni tam şəkildə təyin olunmuş məqsəd üçün ayrılıb.
Onun şagirdlərinə gəldikdə isə İsa Atadan xahiş edirdi: “Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir”. Bununla İsa deyirdi: “Onları ayır. Onların səslərini ayır ki, Mənim nəğmələrimi oxusunlar. Onların dilini ayır ki, dikəltmə sözləri desinlər. Qoy onların nitqi təqdis olunsun. Onların əqlini ayır ki, onlar diqqətini toplayıb özlərini intizama həsr edərək, Mənimlə düşünsünlər”.
Rəbb İsa dua edirdi ki, bizdə hər bir şey Onun Kəlamına uyğun dəqiqliklə ayrılsın. Həqiqət bizi Tanrının həyatımız üçün xüsusi məqsədinə uyğun xüsusi dəvəti izləmək üçün hazırlıqlı edir.