пятница, марта 19, 2010
"Dərrakədən daha da üstün" Dr. Karl Stivens
19 MART
“DƏRRAKƏDƏN DAHA DA ÜSTÜN”
Zəbur 103:10-11,17 – “Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq”.
Tanrı Öz kitabında müəyyən şeylərdən danışır ki, biz bunları qəlbimizin idrakı ilə dərk edə bilmərik – Müqəddəs Ruh onları açmalıdır. Yerdən göylərə qədər masafəni ölçmək qeyri-mümkündür, çünki heç kim bilmir ki göylər harada yerləşir.
Tanrı bizim düşüncə tərzimizi bilir. Bizim məhdud dərrakəmizə görə, Tanrıya aparan yol yuxarı istiqamətdə qalxır. Bizim anlayışımızda göylər günəş sistemimizin sərhədlərindən kənara bir çox işıq illərlə uzanır. Bir çox heyranedici elmi kəşflər zamanı heç kəs nəzərə çarpan, ən uzaqdan görünən ulduzun sərhədlərindən daha da uzaqlara uzanan kainatın ölçülərini təyin edə bilməmişdir: Məhz Tanrıya iman edənlər üçün Onun mərhəməti bu cür ucsuz-bucaqsızdır.
Tanrı deyir: “Mərhəmətimin nə qədər böyük olduğunu sənə izah etmək üçün söz çatmaz”. Tanrı bizə izah edə bilmir ki, O necə Öz məhəbbətilə Müqəddəs Ruhun məshi vasitəsilə başımıza tac qoyur. Heç kəs Tanrının Mərhəmətini dərk edə bilməz və O istəmir ki, biz bunu etməyə çalışaq. “Sadəcə Lütf Taxtının qarşısında yaşa”, O bizə deyir.
Yadda saxlayın ki, mərhəmət və lütf başımıza tac qoyub.