понедельник, марта 08, 2010

"Məhəbbət və Dostluqla örtülərək" Dr. Karl Stivens


8 MART

“MƏHƏBBƏT VƏ DOSTLUQLA ÖRTÜLƏRƏK”

Süleymanın Məsəlləri 17:9-17 – “Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar. Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir. Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər. Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır. Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz. Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et. Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır. Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz. Dost hər zaman sevər, Qardaş dar gün üçün doğulur”.


Dost hər zaman sevər, qardaş dar gün üçün doğulur. Mən düşünürəm ki, o vaxta qədər ki kişidə zövcəsinə qarşı olan məhəbbətin tərifi “dar gün üçün doğulur” olmayacaq, o evlənməli deyil. Zövcə üçün ən çətin vaxtlarda ər deməyə hazır olmalıdır ki, o məhz elə bu gün üçün doğulub.

Dostluq möhtəşəm örtükdür. Söhbət tanışlıq və ya işgüzar birlikdən getmir. Söhbət ümumi maraqlardan, ümumi ləzzətdən, umumi meyllərdən və ya ümumi qərəzdən getmir. Söhbət Tanrının agape məhəbbətindən gedir ki, o, qardaş sədaqətindən üstün olan dostluğu doğurur (Süleymanın Məsəlləri 18:24).

Tanrının Məhəbbəti – gözəl örtükdür. O, çox günahın üstünü örtməkdən əlavə, yalnız insan Tanrı ilə barışmaq istəmədiyi hallardan başqa, onlar haqqında heç vaxt yada salmır. Məhəbbət çox günahın üstünü örtər (Yaqub 5:20; 1 Peter 4:8). Bu cür məhəbbət sentimental deyil, həqiqidir.