понедельник, февраля 01, 2010

"Məsihin bizdə gördüyü iş" Dr. Karl Stivens


1 FEVRAL

“MƏSİHİN BİZDƏ GÖRDÜYÜ İŞ”

1 Padşahlar 5:5 – “Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”.


Yeni insan hər zaman sakitlikdə yaşayır və hər zaman sülhü təcrübədən keçirir. Nəyə görə? Çünki o, Məsihdə yaşayır və Öz məqsədini, təminatını, gücünü, şəxsiyyətini və sülhünü göstərmək üçün Məsih Özü ilə bütün insan mahiyyətini dolduraraq, bu yeni insanda yaşayır.

Davud deyirdi: “Niyyətim budur ki, ağzım öz həddini aşmasın” (Zəbur 17:3). Süleyman 1Padşahlar 5:5-də ürəyində Tanrıya ev tikməsinin niyyətində idi. Nehemya 8:4-də biz görürük ki, müəyyən təyinatı olan taxta kafedra düzəldilmişdir. Taxta kafedra üçün yalnız bir təyinat var: Tanrı Kəlamının vəz olunması. Onun başqa məqsədi yoxdur.

Biz tapşırılan şeyləri bütün səylə, etdiyimiz işdən həzz alaraq və necə olmasından asılı olmayaraq, Tanrının planını yerinə yetirərək səhər işə gedirik. Hər nə ediriksə edək, onu tam güc ilə edirik (Vaiz 9:10). Bu “hər” sözü özünə tamamilə hər şeyi daxil edir.