воскресенье, февраля 14, 2010

"Zülmətdən gələn işıq" Dr. Karl Stivens


14 FEVRAL

“ZÜLMƏTDƏN GƏLƏN İŞIQ”

2 Korinflilərə 4:6-10

Tanrı əmr etdi ki, işıq zülmətdən parlasın. O əmr etdi və o vaxtdan bəri bu işıq bizim ürəklərimizdə parlayır ki, “İsa Məsihin üzündə” Tanrı izzətinin bilik işığını bizə versin.

Tanrı istəyir ki, bizim vasitəmizlə İsa Məsihin siması parlasın və insanlar bizə baxarkən Tanrının xasiyyətini görsün. Tanrı Kəlamının biliyi işıqdır. (Zəbur 119:130). Tanrının iradəsi budur ki, biz işdə, evdə və Tanrının bizi çağırdığı hər bir yerdə İsa Məsihin üzünü insanlar üçün əks etdirək.

Yalnız bir növ xristianlılar var ki, Tanrı Öz işində onlardan istifadə edə bilər və bu da sınıqlı xristianlılardır. İnsan Tanrının Səltənətində effektiv olmazdan öncə, gərək Tanrının xəzinəsi daxilimizdə azad olunsun. Bunun baş verməsi üçün Tanrı həyatımıza vəziyyətlərin baş verməsinə icazə verir ki, onlar bizi fağır edir və Onun işığının parlamasına imkan yaradır.