среда, февраля 17, 2010

"Odlu divar arxasında" Dr. Karl Stivens


17 FEVRAL

“ODLU DİVAR ARXASINDA”

1 Yəhya 5:18 – “Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir”.


Bizim ətrafımızda Tanrı tərəfindən qoyulan divar var. Biz mübahisə meydanına üzümüzdə təbəssümlə daxil olub, iblisanə niyyətləri poza bilərik.

Odlu divarla əhatə olunmaq Müqəddəs Ruhun böyük qüvvəsində olmaq deməkdir. Tanrının xidməti ətrafımızda bizim əhatə və müdafiə olunduğumuz doktrinal təlimin divarını ucaldır. Biz Tanrının Kəlamını sətirbəsətir, bəndhabənd əldə edirik və hər kəs qədim sərhədlərə əsaslanan Kəlamın həyatda tədbiqinin yeni yollarını aşkar edir (Məsəllər 22:28).

Biz, hər zaman Tanrı ilə olan, Tanrının sözsüz, mütləq həqiqəti tərəfindən qorunuruq. Bizim iman etdiyimiz və ürəyimizdə dərindən ehtiram göstərdiyimiz şeylər gerçək həyatda Kəlamın və Ruhun təzahürünü doğurur. İblis divardan keçə bilmir. Divar, bu bizdə olan Canlı Kəlam, yazılı Kəlam və Müqəddəs Ruhun qüvvəsində olan Kəlamdır. Biz Tanrı Kəlamını dərk etdiyimizə görə, doktrin bizim üçün divar oldu və biz imanımızın qalasında təhlükəsiz şəkildə istirahət edirik.