вторник, февраля 09, 2010
"Dərinlikləri araşdıraraq" Dr. Karl Stivens
9 FEVRAL
“DƏRİNLİKLƏRİ ARAŞDIRARAQ”
1 Korinflilərə 2:10-12
Tanrı xalqının bir çoxlarının ardıcıl olmamağının səbəbi, baxmayaraq ki onlar xassiyyətinin bütövlüyü və niyyətlərinə görə gözəl xristianlardır, növbətidir: onlar unutqan dinləyicilərə çevrilirlər və vəz zamanı qəbul etdiklərini itirirlər.
“Amma necə ki yazılmışdı: “Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib” (1 Korinflilərə 2 :9). Və burada söhbət büdrəyən kəslərdən deyil, lakin Tanrını sevənlər haqqındadır. “Kimə az bağışlanıbsa, az sevər” (Luka 7:47). Bundan başqa, biz heç təsəvvürümüzə belə gətirə bilməzdik ki, Tanrı bizi nə dərəcədə sevir və Onu sevənlər üçün O, nələr hazırlayıb.
Müqəddəs Ruh Özü “hər bir şeyi araşdırır, hətta Tanrının dərin düşüncələrini belə”. Heç kəs Tanrını Müqəddəs Ruh olmadan dərk edə bilməz. Biz bu dünyanın ruhunu deyil, lakin Tanrının Ruhunu qəbul etmişik ki, İsanın bizə hədiyyə etdiyi şeyləri dərk edək.