суббота, февраля 06, 2010

"İman və Sədaqət" Dr. Karl Stivens


6 FEVRAL

“İMAN VƏ SƏDAQƏT”

Zəbur 89:33


Neçə il bundan qabaq Tanrı mənə dedi ki, nə qədər çox mən Tanrının Kəlamını qulaq asıb qəbul etsəm, bir o qədər Tanrının məndən istifadə etmək imkan dairəsi geniş olacaq. O mənə açdı ki, nə qədər tez-tez mən kilsəyə gedirəmsə, bu qədər də tez mən xidmətdə irəliləyəcəyəm. O mənə əmr etdi ki, İsa Məsihi və Onun Padşahlığını həyatımın başına qoyub, imana sədaqətli olum.

Tanrı uğursuzluğa düçar olanlar üçün axıra kimi sadiqdir. O bizim sınağa çəkilə biləcəyimizdən artıq verərək sadiq qalmaqdadır (1 Korinflilərə 10:13). Hər tövbə olunmuş günahı bağışlamaq üçün O, sadiqdir (1 Yəhya 1:9). O, zəifliyimizdə bizə güc verməyə sadiqdir. O, sadiqdir və heç vaxt bizi tərk etməyəcək. O, bizi kamil etməsinə aid vədinə sadiqdir. Tanrının sədaqəti böyükdür və biz Onun örtüyünün altındayıq.

Heç bir tərəddüd olmadan, İsa Məsih Özünü bizə tam olaraq verir və O bizi heç vaxt qoyub getməyəcək. Tanrının heç bir ənamını əlimizdən almaq mümkün deyil, çünki malik olduğumuz hər bir şey bizə Onun Lütfünə görə bağışlanıb.