вторник, февраля 16, 2010

"Kəlamın böyük qüvvəsində" Dr. Karl Stivens


16 FEVRAL

“KƏLAMIN BÖYÜK QÜVVƏSİNDƏ”

Efeslilərə 1:19 – “Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf olunan qüdrətin hədsiz böyüklüyünün nə olduğunu biləsiniz”.

Bizdə fəaliyyət göstərən Tanrının Qüvvəsi vasitəsilə Kəlam həyatımızın hesab sistemində öz yerini tutur və gündəlik nitqimizin bir hissəsini təşkil edir. İndi onun üzərində bizim düşüncəmizin norma və standartları, etirafımız və çıxartdığımız qərarlar əsaslanıb.

Bundan sonra Kəlam fəaliyyətimiz vasitəsilə öz əksini tapır, həyatımızda tədbiq olunur və qəbul etdiyimizin nümayişinə çevrilir. Doktrin indi bizim ilahi nöqteyi – nəzərimizdir və bizdə sirrli ünsiyyətdə Məsihi təzahür etmək üçün qabiliyyət əmələ gəlir ki, hamı görə bilsin.

Hər bir günümüzün məqsədi başqalarına Məsihi görməyə imkan verən həyat ola bilər. İnsanlara qəzəblənmək, reaksiya vermək və ya problem yaratmaq əvəzinə, bizim niyyətimiz başqalarını dikəltmə ola bilər. Buna, ancaq qəlbdə doktrinal təlimin divarlarını tikməklə nail olmaq olar. Kəlamın biliyində boy atdıqca, biz hər cür xeyirli əməldə barlı -bəhrəli olub, hər şeyə dözərək səbr edə bilməyimiz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənirik (Koloselilərə 1:10-12).