среда, февраля 03, 2010

"Qanun yerinə yetirilib" Dr. Karl Stivens


3 FEVRAL

“QANUN YERİNƏ YETİRİLİB”

1 Yəhya 2:7-8; 1Saloniklilərə 5:24


Əmrlər haqqında düşünərkən, bu barədə fikirləşin: İsa qanunu yerinə yetirdi (Matta 5:17). O, salehlik üçün qanunun sonudur (Romalılara 10:4). Bu nə deməkdir? Məsihdə olan həyat verən Ruhun Qanunu günah və ölüm Qanununa üstün gəldi (Romalılara 8:2). Bu, sadəcə Qanun deyil. Bu, həyat verən Ruhun prinsipidir.

Müqəddəs Ruh Öz məhəbbətini ürəklərimizə axıdır (Romalılara 5:5), və biz Tanrının sevimli övladları kimi məhəbbətdə gəzirik (Efeslilərə 5:2). İsanın dediyi əmr, Bitirilmiş İş əmridir. O deyir: “Mən işi bitirdim, sizin üçün yol hazırdır, Mən əlçatanam”. Sizi dəvət etmək üçün Mən Sadiqəm və istədiyiniz hər bir şeyi Sözümə uyğun yerinə yetirərəm, amma siz isə qəlbinizin qüvvətini qərarların qəbuluna, imanla həqiqətə tabe olmasına yönəldin”.

İsa əmr etdi ki, biz Tanrı məhəbbətində gəzək və Onun əmri ağır deyil (1 Yəhya 5:3). O, kədər gətirmir. Və o, ağır deyil, çünki onu Tanrının Özü yerinə yetirir.